NATO baş katibi: “Ukrayna bir gün alyansa üzv olacaq”backend

NATO baş katibi: “Ukrayna bir gün alyansa üzv olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna NATO-ya üzv olacaq, lakin bunun nə vaxt baş verəcəyi hələ bəlli deyil”.

Editor.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rutte deyib.

“Bizim birgə səylərimiz Ukraynanın NATO-ya üzvlüyü yolunda körpüdür. Nə vaxt məlum deyil, amma bir gün Ukrayna NATO-ya üzv olacaq”, – o deyib.

Ötən gün Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə olaraq “qələbə planını” ictimaiyyətə təqdim edib. Plan beş maddədən ibarətdir; bunlardan biri Rusiya ilə münaqişə bitməmiş ölkəni NATO-ya üzv olmağa dəvət etməkdir. NATO-nun baş katibi bildirib ki, hələlik bu planın bütün bəndlərinə tam dəstəyini ifadə edə bilməz. O, bir çox məsələlərin “dərinləşdirməyə” ehtiyac duyduğuna işarə edərək, dialoqun bağlı qapılar arxasında aparılacağını da açıqlayıb.

//Gülnarə Abasova, Editor.az