NATO baş katibi üzv ölkələrə çağırış etdi: Ukrayna üçün ABŞ-dan silah alınbackend

NATO baş katibi üzv ölkələrə çağırış etdi: Ukrayna üçün ABŞ-dan silah alın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte Alyansın üzv dövlətlərinə Ukraynaya dəstəyi gücləndirmək məqsədilə ABŞ-dan silah alınması təşəbbüsünə qoşulmağa çağırıb. Bu barədə məlumatı NATO-nun mətbuat xidməti yayıb.

Bildirilib ki, bu çağırış Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra səsləndirilib. Rutte ABŞ-dan silah alınması ilə bağlı təşəbbüsün daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-ın keçmiş prezidenti Donald Trampın iştirakı ilə müzakirə olunduğunu da xatırladıb.

“Bu yeni təşəbbüs müddətsizdir və artıq bir sıra üzv ölkələr bu təşəbbüsə dəstək göstərməkdə maraqlı olduqlarını bildiriblər. Bu, Ukraynaya yardım üçün həyata keçirilən digər təşəbbüsləri tamamlayır və ABŞ istehsalı olan avadanlıq və texnologiyalara çıxışı təmin edir. Ukrayna bu texnikanın təcili şəkildə çatdırılmasını istəyib”, – deyə NATO-nun məlumatında qeyd olunub.

//Samir Qurbanov, Editor.az