NATO əmindir ki, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı müsbət rol oynayacaq addımdır.
Editor.az xəbər verir ki, müvafiq bəyanatla alyansın baş katibi Mark Rutte çıxış edib. O, nizamlanmaya verdiyi töhfəyə görə Vaşinqtona təşəkkür etməyə çağırıb: “Bu söhbət əvvəllər mövcud olmayan birbaşa ünsiyyəti bərpa edən çox müsbət addımdır”, – Rutte bildirib.
NATO-nun baş katibi Putinlə söhbətdən dərhal sonra Trampın Zelenskiyə çağırışını da müsbət adlandırıb.
//Samir Qurbanov, Editor.az