NATO Baş katibindən ABŞ və Avropaya xəbərdarlıqbackend

NATO Baş katibindən ABŞ və Avropaya xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte rəsmi səfərdə olduğu Polşada Varşava İqtisadiyyat Məktəbində keçirilən tədbirdə iştirak edib.

Editor.az xəbər verir ki, Ukraynada davam edən müharibə və artan geosiyasi gərginlik fonunda NATO-nun gələcəyi ilə bağlı narahatlıqlara toxunan Rutte bildirib ki, Avropa və ABŞ arasında mübahisələrə baxmayaraq, NATO Avropa və Şimali Amerikanın ümumi müdafiəsi üçün “yeganə real çərçivə” olaraq qalır.

ABŞ, Böyük Britaniya, Türkiyə, Kanada, Norveç və İslandiya kimi ölkələrin ittifaqa əhəmiyyətli töhfələrinə işarə edən Rutte, “Avropanın müdafiəsini onlarsız təsəvvür etmək mümkün deyil. Və təhlükəsizliyimizin son qarantı olan Amerikanın nüvə çətirini heç nə əvəz edə bilməz”, deyə bildirib.

Baş katib NATO-nun üzləşdiyi təhlükəsizlik problemlərini həll etmək üçün “daha güclü transatlantik birliyə” ehtiyac olduğunu deyib: “İcazə verin bunu açıq deyim: nə Avropanın, nə də ABŞ-ın təkbaşına hərəkətə keçməsinin vaxtı deyil. Qlobal təhlükəsizlik problemləri hər birimizin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyükdür”.

Rutte eyni zamanda ABŞ-ın NATO-ya sadiqliyinə şübhə etmədiyini bildirib : “Buna əmin olmaq üçün sadəcə mənim sözümə güvənməyin. Güclü NATO-ya sadiqliyini dəfələrlə bəyan edən prezident Donald Trampa qulaq asın. ABŞ Konqresinə və sorğulara gorə dorddə üçü NATO-nu dəstəkləyən Amerika xalqına inanın. İki həftə əvvəl mən Kapitol təpəsində və Ağ Evdə olarkən buna bir daha şahid oldum. Amma Amerika da bilməlidir ki, onun NATO müttəfiqləri heç bir məhdudiyyət olmadan öz üzərinə düşəni edəcəklər”.

\\Samir Qurbanov, Editor.az