NATO baş katibinin keçmiş müavini: “Alyansla Rusiya arasında birbaşa münaqişə mümkün deyil”backend

NATO baş katibinin keçmiş müavini: “Alyansla Rusiya arasında birbaşa münaqişə mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə NATO ölkələri arasında birbaşa münaqişə riski sıfıra bərabərdir, çünki alyans heç vaxt Rusiya ərazisinə hücum etməyib.

Editor.az xəbər verir ki, bu fikri RİA Novosti xəbər agentliyinə müsahibəsində NATO baş katibinin keçmiş müavini, ABŞ dövlət katibinin silahlara nəzarət üzrə keçmiş köməkçisi Rouz Qottemüller deyib. O, Şimali Atlantika Alyansının müdafiə ittifaqı olduğunu və heç vaxt Rusiya Federasiyasına hücum etmək üçün aqressiv hərəkət etməyəcəyini vurğulayıb.

Gottemoeller əlavə edib ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı narahatlıq doğurur, lakin NATO baxımından bu, tamamilə müdafiə ilə bağlıdır.

//Gülnarə Abasova, Editor.az