NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcəkbackend

NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycan və Ermənistana səfər edəcək.

Editor.az bildirir ki, NATO rəsmisi çərşənbə axşamı bu barədə məlumat verib: “Bu həftə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Bakı və İrəvana səfər edəcək.

Onun səfəri NATO-nun bu iki mühüm tərəfdaş ölkəsindən olan həmkarları ilə müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsidir”. Kolomina regionda təhlükəsizlik məsələləri və NATO-nun hər iki ölkə ilə tərəfdaşlıq münasibətlərinin vəziyyəti ilə bağlı yüksək vəzifəli şəxslərlə fikir mübadiləsi aparmaq niyyətindədir.

//Samir Qurbanov,Editor.az