NATO başladı: gözlər Baltik dənizinə dikilibbackend

NATO başladı: gözlər Baltik dənizinə dikilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baltik dənizində Finlandiya Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi NATO-nun “Donan Küləklər 25” təlimi başlayıb.

Təlim 24 noyabr – 4 dekabr tarixlərində Arxipelaq dənizində (Baltik dənizinin bir hissəsi) və Finlandiya körfəzində, Finlandiyanın cənubunda keçiriləcək. “Donan Küləklər 25” dəniz nəqliyyatının və vacib infrastrukturun qorunmasına yönələcək.

Finlandiya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, təlimdə NATO-nun 20 müttəfiq gəmisi və təxminən 5000 hərbi qulluqçu iştirak edəcək. Belçika, Danimarka, Fransa, Estoniya, Latviya, Almaniya, Litva, Polşa, Hollandiya və ABŞ-dan olan bölmələr iştirak edir. NATO-nun Daimi Mina Əleyhinə Tədbirlər Qrupu (SNMCMG1) də iştirak edir.

//Samir Qurbanov, Editor.az