NATO: “Çin Rusiyanın sponsorudur”backend

NATO: “Çin Rusiyanın sponsorudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Çini Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə iyulun 10-da alyansın sammitinin yekunları üzrə qəbul edilmiş Vaşinqton bəyannaməsində deyilib.

NATO, həmçinin Çini Rusiyanın hərbi maşınına maddi və siyasi dəstəyi dayandırmağa çağırıb.