NATO Hərbi Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki Gökçen Fıratın admirallığa yüksəldilməsi ilə bağlı açıqlama yayıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, açıqlamada TSK-da admiral rütbəsinə yüksələn ilk qadın kontr-admiral Fıratın NATO-dakı missiyasının təfərrüatları paylaşılıb.
Bəyanatda deyilir ki, Fıratın yeri NATO-nun dörd daimi dəniz qüvvələrinin böyük çoxmillətli missiyalarda iştirakı da daxil olmaqla, alyans miqyasında dəniz əməliyyatları və təlimlərinin müvəffəqiyyəti üçün vacibdir.
Admiral vəzifəsinin dənizçi üçün ən yüksək rütbə olduğunu bildirən Fırat bu məqama çatmaqdan qürur duyduğunu söyləyib.
“Millətimizə və ordumuza şərəflə, sədaqətlə və ən yüksək səviyyədə xidmət edəcək qadın admiral və generalların sayının artacağına inanıram”, -deyə Fırat bildirib.
//Safura Bənnayeva, Editor.az