NATO-dan Rusiyaya xəbərdarlıqbackend

NATO-dan Rusiyaya xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiyanın Ukraynanın onlara qarşı təxribat törətmək üçün öz ərazisində “çirkli bomba” istifadə edəcəyi ilə bağlı iddiasına cavab verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq sosial media hesabından verdiyi açıqlamada Rusiyanın çirkli bomba iddialarını ABŞ Müdafiə naziri Lloyd Austin və İngiltərə Müdafiə naziri Ben Vallace ilə müzakirə etdiklərini və bu nu ümumiyyətlə rədd etdiklərini qeyd edib.

O, bildirib ki, Rusiya çirkli bomba iddiasını gərginliyi artırmaq üçün istifadə edir və bu, arzuolunmazdır. Eyni zamanda NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcəyini açıqlayıb.

Safura Bənnayeva, Editor.az