NATO-dan Ukraynaya dəstək mesajıbackend

NATO-dan Ukraynaya dəstək mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hücumla bağlı operativ qərarları ukraynalılar verəcək. Biz ukraynalıları öz torpaqlarının azad edilməsi prosesində dəstəkləyirik”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq “Dojd” (Yağmur) televiziya kanalına müsahibə verərkən deyib.

NATO ölkələrinin Ukraynaya silah və sursat göndərdiyini qeyd edən Stoltenberq İngiltərənin Ukraynaya uzaqmənzilli qanadlı raketlər göndərməyi də planlaşdırdığını bildirib.

“Ukraynanın Putinin təcavüzünə müqavimət göstərmək üçün daha çox silah və sursata ehtiyacı var”,- deyə baş katib əlavə edib.

//Safura Bənnayeva, Editor.az