“NATO Gürcüstan üçün yeni dəstək paketi qəbul edəcək” – Baş katibbackend

“NATO Gürcüstan üçün yeni dəstək paketi qəbul edəcək” – Baş katib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO Madrid sammitində Gürcüstana dəstəyin genişləndirilməsini elan edəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

“Biz tərəfdaşlarımız – Gürcüstan, Bosniya və Hersoqovina, Moldova, həmçinin Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul edəcəyik”, – o bildirib.

Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixində keçiriləcək. Toplantıda Alyansın yeni strateji konsepsiyasının qəbul ediləcəyi gözlənilir.

Sammitdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edəcək. O, bu gün bildirib ki, sammitdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi nailiyyətlərin tanınacağına ümid edir.