NATO Gürcüstanı öz sıralarında görmək istəyirbackend

NATO Gürcüstanı öz sıralarında görmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Gürcüstanın Avropa İttifaqına daxil olmasından sonra respublikanın Şimali Atlantika Alyansına qoşulmasına imkan verəcək islahatlara başlayacağını gözləyir.

Editor.az bildirir ki, bu sözləri təşkilatın baş katibi Yens Stoltenberq Brüsseldə respublikanın baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı deyib. Baş katib qeyd edib ki, Gürcüstan və NATO əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. O, həmçinin respublikada internet təhlükəsizliyi, hərbi və mühəndislik, böhranların idarə olunması sahəsində baş verən dəyişiklikləri alqışlayıb.

“İndi Gürcüstan üçün daxili islahatları davam etdirmək və genişləndirmək, demokratik dəyərləri dəstəkləmək vacibdir. Biz Gürcüstanın bu istiqamətdə, daha böyük demokratiya və firavanlığa doğru, Avro-Atlantik ailənin tamhüquqlu üzvlüyünə doğru irəlilədiyini görmək istəyirik. Bu istəklərini yerinə yetirərkən NATO Gürcüstanın yanında olmaqda davam edəcək” – Yens Stoltenberq deyib.

Kobaxidze öz növbəsində qeyd edib ki, onun Brüsselə gəlişi Gürcüstanın Avro-Atlantik ailəyə qoşulmaq istəyini təsdiqləyir. “Bu gün müttəfiqlərimiz və beynəlxalq ictimaiyyət qurulmuş dünya nizamı və beynəlxalq hüququn prinsipləri əsasında görünməmiş birlik nümayiş etdirməlidir. Mən NATO ilə tərəfdaşlığımıza sadiqliyimizi bir daha təkrar etmək istəyirəm”, – İrakli Kobaxidze vurğulayıb.

//Samir Qurbanov, Editor.az