Ukraynaya təcili olaraq hava hücumundan müdafiə avadanlıqları, döyüş sursatı və müxtəlif sistemlər üçün ehtiyat hissələri lazımdır.
Editor.az Sky News-a istinadla xəbər verir ki, bunu Nyu-Yorkda jurnalistlərə açıqlamasında NATO-nun baş katibi Yens Stoltenberq deyib. O hesab edir ki, Ukraynanın əlavə dəstəyə ehtiyacı var. “Kiyevə təcili olaraq daha çox hava hücumundan müdafiə sistemləri, o cümlədən döyüş sursatı, ehtiyat hissələri və Ukraynanın mövcud hərbi sistemlərinə texniki xidmət lazımdır. Biz görürük ki, hava hücumundan müdafiə hər gün Ukraynada insanların həyatını xilas edir. Müharibənin bitməsini, ədalətli və davamlı sülhün olmasını istəyiriksə, o zaman Ukraynaya hərbi dəstək düzgün yoldur
“, – baş katib bildirib.
//Gülnarə Abasova, Editor.az

