“NATO həmişə müdafiə ittifaqı olaraq qalacaq” – Almaniyanın XİN rəhbəribackend

“NATO həmişə müdafiə ittifaqı olaraq qalacaq” – Almaniyanın XİN rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Annalena Berbok iddia edir ki, NATO-nun fəaliyyəti həmişə müdafiə xarakterli olacaq. “Report” xəbər verir ki, o, bu barədə Berlində Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərlə söhbətində bildirib.

“NATO müdafiə ittifaqıdır və həmişə belə qalacaq. 24 fevraldan sonra (Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra – Red) dünya dəyişib və o vaxtdan bəri NATO başqa məna kəsb edir. Biz NATO tərəfdaşları olaraq açıq şəkildə bildiririk ki, qapılarımız təhlükəsizlik sahəsində dəstəyə ehtiyacı olanlara açıqdır”, – XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, əgər Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəlsələr, onların qəbulu prosesi çox sürətli olmalıdır.