NATO Hərbi Komitəsi: NATO Rusiyaya qarşı “müdafiə qalxanı” yaradacaqbackend

NATO Hərbi Komitəsi: NATO Rusiyaya qarşı “müdafiə qalxanı” yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO Rusiyaya qarşı müdafiə qalxanı yaradacaq”.

Editor.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer açıqlamasında bildirib.

“Son illərdə Rusiyanın yaratdığı təhlükəni qiymətləndirdik. Nəticədə Rusiyadan və terror təşkilatlarından gələn təhdidlərə qarşı müdafiə planlarımız müəyyənləşdi. İndi biz bu təhlükələrdən özümüzü müdafiə etmək üçün birlikdə nə etməli olduğumuzu bilirik. Deyə bilərik ki, kollektiv olaraq bir qalxana ehtiyacımız. Biz müdafiə planlarını həyata keçirmək prosesindəyik və hər bir müttəfiqin bu “qalxan”a töhfə vermək üçün nə etməli olduğuna baxırıq”, – o deyib. Bauerin sözlərinə görə, bu, müttəfiqlər üçün baha başa gələcək və ÜDM-in iki faizindən çoxuna başa gələcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Moskvanın NATO ölkələrinə hücum etməyəcəyini və bunun heç bir mənası olmadığını bildirmişdi.

//Gülnarə Abasova, Editor.az