NATO ilə əməkdaşlıq üzrə Komissiyanın tərkibi genişləndirildibackend

NATO ilə əməkdaşlıq üzrə Komissiyanın tərkibi genişləndirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” fərmanda dəyişikliklər edilib.

Editor.az  AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi.