NATO iyul ayında Ukraynaya 7 “Patriot” sistemi verə bilərbackend

NATO iyul ayında Ukraynaya 7 “Patriot” sistemi verə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 “Patriot” sisteminin Ukraynaya təhvil verilməsi ilə bağlı qərar NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammitində verilə bilər.

Editor.az bildirir ki, bu barədə Ukraynanın dövlət başçısı Vladimir Zelenski “The New York Times” qəzetinə müsahibəsində bu ssenarini etiraf edib. O qeyd edib ki, Ukraynanın sammitdə Alyansa qoşulmaq üçün dəvət almasını çox istərdim, baxmayaraq ki, bu, “siyasi alət”dir. Lakin Zelenskinin sözlərinə görə, ABŞ və Almaniya buna hazır deyil.

Prezident təklif edib ki, bundan sonra Ukrayna NATO ölkələrindən yeddi “Patriot” sistemi ala bilər. O əlavə edib ki, Kiyev bütün ölkə üzərində hava məkanını bağlamaq üçün 20-dən 30-a qədər “Patriot”a sahib olmaq istəyir, lakin Ukrayna 7-yə də razı olacaq: “Sizcə, bu, dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparan bir ölkə üçün bu rəqəm çoxmu? – Zelenski qeyd edib.

//Samir Qurbanov, Editor.az