NATO müdafiə nazirlərinin görüşü keçirilirbackend

NATO müdafiə nazirlərinin görüşü keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələrin müdafiə nazirləri Ukraynadakı hadisələri müzakirə etmək üçün bir araya gəlib.

Editor.az xəbər verir ki, bu barədə NATO-nun saytı məlumat yayıb.

NATO-nun iclasına alyansa üzv olmayan Ukrayna, Gürcüstan, İsveç və Finlandiyanın müdafiə nazirləri ilə yanaşı, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell də dəvət olunub.

Xarici KİV-də yer alan məlumatlara görə, NATO-nun baş katibi Stoltenberq ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə birlikdə görüşdən əvvəl jurnalistlərə Rusiyanın Ukraynaya qarşı hərəkətinin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu bildirib. Bugünkü görüşdə yaranmış vəziyyət qarşısında alyansın uzunmüddətli mövqeyini də müzakirə edəcəklərini bildirən Stoltenberq NATO-nun Ukraynaya dəstəyinin davam edəcəyini qeyd edib. Eyni zamanda, böhranın Ukrayna hüdudlarından kənara çıxmaması üçün məsuliyyətin NATO-nun üzərinə düşdüyünü diqqətə çatdırıb.

//Gülnarə Abasova, Editor.az