NATO-nun 75-ci ildönümünə həsr olunmuş sammit: Türkiyə narazıdır?- ŞƏRHbackend

NATO-nun 75-ci ildönümünə həsr olunmuş sammit: Türkiyə narazıdır?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO-nun 75-ci ildönümünə həsr olunmuş sammiti artıq başa çatıb və onun bu quruma daxil olan dövlətlərin gözləntilərini doğruldub-doğrultmadığı barədə müzakirələr hələ bir müddət davam edəcək. Bizə görə burada diqqət çəkən məqam Türkiyə tərəfindən gələn məlumatlardır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sammitdən sonra səsləndirdiyi fikirlərə görə, Türkiyə Cümhuriyyətinin gözləntiləri doğrulmayıb. Amma bu Türkiyənin orada qəbul edilən qərarlarla heç razılaşmaması anlamına da gəlməməlidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, quruma daxil olan üzvlərdən heç biri Sammitdə qəbul olunan qərarlardan 100 faiz razı qala bilməzdi:

“Bu, mümkün deyil. Narazılıqların olması da onun dağılması və ya üzvlərin onu tərk etməsi anlamına gəlməməlidir. Türkiyəyə gəlincə isə uzun müddətdir ki, onun NATO-nu tərk edəcəyi barədə mülahizələr dolaşmaqdadır. Amma hələ ki, nə NATO-nun Türkiyədən əl çəkmək, nə də Türkiyənin NATO-dan çıxmaq barədə ciddi düşündüyünü demək mümkün deyil. Türkiyə NATO-ya bərabər və ya ondan güclü hərbi ittifaq taparsa, onunla əlaqə qurmağa maraqlı olardı. Hazırda isə bu qurum sadəcə mövcud deyil.  Düşünürəm ki, müəyyən müddət keçdikdən sonra bu söz-söhbət sona çatacaq”.

//Gülnarə Abasova, Editor.az