NATO-nun Almaniyadakı aviabazası xüsusi əməliyyat rejiminə keçibbackend

NATO-nun Almaniyadakı aviabazası xüsusi əməliyyat rejiminə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın qərbində, Hollandiya ilə sərhəd yaxınlığında yerləşən Geilenkirchendəki NATO aviabazası avqustun 22-i axşam saatlarından etibarən xüsusi əməliyyat prosedurlarına keçib.

Planlı uçuşlarda iştirak etməyən bütün mülki personal evlərinə göndərilib. Səbəb kəşfiyyat xidmətlərinin mümkün təhlükəsizlik təhdidi barədə məlumatları olub. Aviabazada elektron kəşfiyyat və AWACS idarəetmə təyyarələri yerləşdirilib. Belə təyyarələr, xüsusən də Rusiya və ilhaq edilmiş Krım sərhədləri yaxınlığında hava məkanında patrul edir. Kəşfiyyat təyyarələri planlaşdırıldığı kimi havaya qalxır və enir.

Daxil edilmiş “Çarli” xəbərdarlığı səviyyəsi o deməkdir ki, bazaya ani təhlükənin ən azı bir halı artıq qeydə alınıb və ya kəşfiyyat orqanları NATO təşkilatlarına və ya onun şəxsi heyətinə qarşı potensial terror hücumları barədə məlumat veriblər. Bazanın sosial media hesabında belə bir mesaj yerləşdirib: “Heyətlərimizin təhlükəsizliyi ən yüksək prioritetdir”.
Qeyd edək ki, aviabazada təxminən 1600 nəfər çalışır. İndi davam edən yay tətili ilə əlaqədar onun ərazisində həmişəkindən xeyli az işçi və əməkdaş var.

//Samir Qurbanov, Editor.az