NATO Rusiya Federasiyasının təhdidlərindən qorxmayacaq, təşkilat Ukraynaya dəstəyini davam etdirəcək.
Editor.az xəbər verir ki, bunu alyansın yeni baş katibi Mark Rutte Almaniyanın Visbaden şəhərindəki bazaya ilk səfəri zamanı deyib. Rutte vurğulayıb ki, Ukraynanın NATO müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin öz məqsədlərinə çatmaması və Ukraynanın hazırkı münaqişədə qalib gəlməsi üçün lazım olan hər şeyi etməyə davam edəcək.
Oktyabrın 3-də Ukrayna prezidenti Volodimir Zelenski Mark Rutte ilə görüşüb. Görüş zamanı Ukrayna lideri qeyd edib ki, qış yaxınlaşdıqca ölkə və NATO hava hücumundan müdafiə sistemlərinin respublikaya verilməsi ilə bağlı bütün razılaşmaları yerinə yetirməlidir.
//Gülnarə Abasova, Editor.az

