NATO-nun baş katibi Donald Trampı Ukraynanı sülh sazişini qəbul etməyə məcbur etməməyə çağıracaqbackend

NATO-nun baş katibi Donald Trampı Ukraynanı sülh sazişini qəbul etməyə məcbur etməməyə çağıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte ABŞ-a səfəri zamanı Donald Tramp administrasiyasını Ukraynanı yalnız Rusiyanın şərtlərini nəzərə alan sülh sazişini qəbul etməyə məcbur etməməyə çağıracaq.

Bu barədə “Financial Times” (FT) qəzeti üç mənbəyə istinadən məlumat yayıb. Onların dediyinə görə, onun Vaşinqtondakı görüşlərinin əsas məqsədi “amerikalılara təhlükənin nə olduğunu başa düşməkdir”.
Səfəri zamanı Mark Rutte ABŞ dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Pentaqonun katibi Pit Heqsetlə görüşməyi planlaşdırır. FT mənbələrinin bildirdiyinə görə, NATO-nun baş katibi çatdırmaq istəyir ki, əgər Rusiyanın şərtləri ilə Ukraynaya sülh “qoyulsa”, Avropanın təhlükəsizliyi də təhdid altında olacaq. FT-nin məlumatına görə, Mark Rutte görüşlərdə “Avropanın müdafiə yükünün daha çox”unun ABŞ-dan Avropa ölkələrinə ötürülməsini də müzakirə edəcək.

Xatırladaq ki, aprelin 24-də Marko Rubio sülh planı üzrə avropalı və ukraynalı həmkarları ilə yüksək səviyyəli görüşün planlaşdırıldığı Londona səfərini ləğv edib.

//Samir Qurbanov, Editor.az