NATO-nun baş katibi Mark Rutte nədən qorxur?backend

NATO-nun baş katibi Mark Rutte nədən qorxur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Trampın 24-25 iyun tarixlərində Haaqada (Hollandiya) keçiriləcək Alyansın sammitində birgə iştirakından ehtiyat edir.

Bu barədə mayın 26-da “The New York Times” avropalı diplomatlara və rəsmilərə istinadən yazıb. Məqalədə deyilir ki, Rutte görüşün “aşağı dramatik” olmasını və Ukrayna ilə bağlı fikir ayrılıqlarından çox, NATO-nun müdafiə xərclərini artırmaqla bağlı yeni məqsədlərinə yönəlməsini istəyir. Qəzetin mənbələri sammitin çətin ki, “qısa və sakit” keçəcəyini proqnozlaşdırır, çünki Tramp Ukraynanın gələcəyi ilə bağlı müttəfiqləri ilə fikir ayrılığı yaşayır.

Ukraynanın özü isə Ağ Ev rəhbərinin əleyhinə olduğu NATO-ya qoşulmaq istəyir. Nəşr qeyd edir ki, müdafiə ittifaqının rəhbərləri ABŞ-ın Avropanın təhlükəsizliyinə görə məsuliyyətdən imtina etdiyini, Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyi azaldığını və Kremllə birbaşa təmaslara girdiyini bəyan etdiyi bir vaxtda görüşəcək. Bütün bunları nəzərə alaraq, sammit təşkilatçıları fevralın 28-də Ağ Evdə baş verən kimi Zelenski ilə Tramp arasında atışmanın davam etməsindən qaçmaq istəyirlər.

Nəşrin mənbələri bildirirlər ki, Zelenskinin sammitin açılışı ilə bağlı əsas şam yeməyinə dəvət edilib-edilməyəcəyi hələ aydın deyil. NYT qeyd edir ki, ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bu yaxınlarda “Zelenskinin Haaqada olacağını” desə də, hazırda bunun hansı sifətdə olacağı ilə bağlı “müzakirələr gedir”.

//Samir Qurbanov, Editor.az