NATO-nun baş katibi Mark Rutte X sosial şəbəkə saytında aprelin 15-də Odessaya səfər etdiyini açıqlayıb.
Editor.az xəbər verir ki, o, Ukraynaya davamlı dəstəyi vəd edib.
Rutte yazıb: “Bu gün mən Ukrayna prezidenti Volodimir Zelenski ilə Odessada oldum. NATO-nun dəstəyi sarsılmazdır”.
Rutte bundan əvvəl NATO-nun ABŞ-ın Ukraynada davamlı və ədalətli sülhə nail olmaq səylərini tam dəstəklədiyini bildirmişdi. Onun sözlərinə görə, Vaşinqton münaqişənin sona çatacağı vəziyyətə “addım-addım” nail olmağa çalışır.
NATO-nun baş katibi etiraf edib ki, o, ABŞ prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq səylərini dəstəkləmək niyyətindədir.
Rutte həmçinin bildirib ki, son vaxtlar cəbhə xətti yanlış istiqamətdə hərəkət edir. Bu kontekstdə o, Rusiyanın hərbi əməliyyatlara son qoymaqda maraqlı olması ilə bağlı şübhələrini ifadə edib.
//Gülnarə Abasova, Editor.az