“NATO təhlükəsizliyi təmin etmək üçün lazım olan silah və sursatları tez bir zamanda istehsal edə bilmək üçün ya böyük silah ehtiyatlarına, ya da böyük ehtiyat istehsal gücünə ehtiyac duyur.Sülh və azadlığı təmin etmək üçün alyansa güclü hərbi sənaye lazımdır”.
Editor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Stokholmda Qərb hərbi sənayesi nümayəndələrinin iştirak etdiyi forumda çıxışı zamanı deyib.
Qeyd edək ki, bundan əvvəl Yens Stoltenberq Şimali Atlantika Alyansına üzv ölkələrə məktub göndərərək, İsveçin noyabrın sonuna qədər bloka qəbul edilməsini tələb etmişdi. Agentliyin məlumatına görə, siyasətçi noyabrın 28-29-da Şimali Atlantika Alyansı xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü ərəfəsində dövlətin alyansda iştirakının lehinə danışıb.
//Gülnarə Abasova, Editor.az

