“Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup münaqişənin həlli çərçivəsində Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması üzərində işləyir”.
Editor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “Fox News” telekanalına müsahibəsində bildirib.
“Son aylarda Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup təhlükəsizlik zəmanətləri konsepsiyası üzərində işləyir”,- deyə bildirilib.
Qeyd edək ki, avqustun 18-də ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Zelenski Ağ Evdə görüşüblər. İclasda Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte, eləcə də çoxsaylı Avropa liderləri iştirak ediblər.
ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putin və Zelenski ilə görüş üçün hazırlıqlara başladığını açıqlayıb. Tramp Rusiya və Ukrayna liderləri ilə görüşünün ikitərəfli danışıqlardan sonra olacağını bildirib.
//Gülnarə Abasova, Editor.az

