NATO-nun baş katibi Ukraynaya Qərb qoşunlarının göndərilməsini rədd edibbackend

NATO-nun baş katibi Ukraynaya Qərb qoşunlarının göndərilməsini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı öz qoşunlarını Ukraynaya göndərmək və Rusiya Federasiyası ilə silahlı münaqişədə birbaşa iştirak etmək niyyətində deyil.

Editor.az xəbər verir ki, bu bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib. Qurumun rəhbəri mayın 28-də Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak edib. Tədbirdən əvvəl o, jurnalistlərə danışıb və Ukrayna böhran zonasındakı vəziyyəti şərh edib. “Biz münaqişənin bir hissəsi olmaq, qüvvələrimizi göndərmək və ya hər hansı hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyilik”, – Stoltenberq bildirib.

Bununla belə, NATO baş katibi qeyd edib ki, təşkilat Ukrayna qoşunlarına dövləti müdafiə etməkdə kömək etmək hüququna malikdir.

//Gülnarə Abasova, Editor.az