NATO-nun baş katibi yaxın həftələrdə Ukrayna münaqişəsinin həllində irəliləmə görürbackend

NATO-nun baş katibi yaxın həftələrdə Ukrayna münaqişəsinin həllində irəliləmə görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte bildirib ki, qarşıdakı iki həftə Ukraynadakı münaqişə kontekstində “vəziyyəti yaxşılaşdırmaq” üçün imkan yaradacaq.

Editor.az xəbər verir ki, o, İstanbulda keçiriləcək danışıqları belə şərh edib.

“Düşünürəm ki, bu həftə, lakin yaxın 10 gün, iki həftə ərzində Ukraynadakı vəziyyəti həqiqətən yaxşılaşdırmaq üçün bir fürsət var. Təbii ki, prezident Zelenskinin rəhbərliyi altında, həm də Amerika hökumətinin böyük təsiri altında. Və Türkiyə burada böyük rol oynayır”, – Rutte bildirib.

Xatırladaq ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. Görüşdə ABŞ nümayəndələrinin də iştirakı gözlənilir.

Kreml bir gün əvvəl Rusiya nümayəndə heyətinin tərkibini açıqlayıb. Nümayəndə heyətinə prezidentin müşaviri Vladimir Medinski başçılıq edəcək. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

//Gülnarə Abasova, Editor.az