NATO-nun Hind-Sakit okean regionuna genişlənmə planı yoxdurbackend

NATO-nun Hind-Sakit okean regionuna genişlənmə planı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Hind-Sakit Okean regionuna genişlənmir və ya hərbi infrastrukturu ora köçürmür.

Editor.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib.

“NATO Hind-Sakit Okean hövzəsində genişlənmir. NATO-nun bütün müdafiə və çəkindirmə imkanları Avro-Atlantik regionda, NATO müttəfiqlərinin ərazisində yerləşir”,- deyə o bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nun “köçürülməsini” elan etmişdi. Dövlət başçısının sözlərinə görə, Asiyada blok sistemi yaradılır. O qeyd edib ki, Şimali Atlantika Alyansı artıq “daimi yaşayış yeri” kimi bölgəyə “köçüb”. Putin bunun bütün Asiya ölkələri, o cümlədən Rusiya üçün təhlükə olduğunu bildirib.

Onu da qeyd edək ki, ayın sonunda Putin bildirib ki, ABŞ Mərkəzi Asiya ölkələrinə Qərbin gündəmini qəbul etmək üçün təzyiq göstərməyə çalışıb, lakin buna nail ola bilməyiblər.

//Gülnarə Abasova, Editor.az