İspaniyanın “El Pais” qəzetinə danışan 81 yaşlı NATO-nun keçmiş baş katibi Solana Rusiya liderini şəxsən tanıdığını vurğulayaraq onunla bağlı danışıb.
O, Putinin Yeltsindən (Borisdən) qat-qat soyuq adam olduğuna diqqət çəkib:
“Putin nəsə deməzdən əvvəl çox düşünən, mövzuya əvvəlcədən hazırlaşan və “intiqamın ən yaxşı soyuqda alındığını” bilən adamdır”.
Putinin sözlərini diqqətlə ölçüb-biçdiyinə və Yaxın Şərqdəki son vəziyyət və İsrailin Baş naziri Benyamin Netanyahunun şəxsiyyəti ilə bağlı narahatlığını dilə gətirdiyinə diqqət çəkən Xavyer Solana Netanyahunu “uğursuz” bir lider olaraq xarakterizə edib. O, terrorla mübarizənin əsas prioritet olduğunu və bu mübarizədə Rusiya ilə əməkdaşlığa ehtiyac olduğunu qəbul etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

