NATO-nun Kiyevə yeni hərbi yardım paketi köçürməyə hazırlaşırbackend

NATO-nun Kiyevə yeni hərbi yardım paketi köçürməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələrinin xarici işlər nazirləri Ukrayna Silahlı Qüvvələrinə Şimali Atlantika Alyansının iyul sammiti ərəfəsində Ukraynaya verilə biləcək yeni hərbi yardım paketini müzakirə etmək üçün Praqada görüşəcəklər.

Editor.az xəbər verir ki, nu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Nəşr yazır ki, NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammiti səyləri Ukraynaya dəstək paketinin hazırlanmasına yönəltmək məqsədi daşıyır. Qəzetin qeyd etdiyi kimi, Kiyevə Qərb tərəfdaşlarının Rusiyaya hücum etmək üçün göndərdiyi silahlardan istifadə etməsinə icazə verilib-verilməməsi ilə bağlı “qızğın müzakirələr” “görüşə kölgə salmaq riski daşıyır.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Xosep Borrell bildirmişdi ki, Avropa İttifaqı Ukraynaya vəd edilmiş hərbi yardımın həyata keçirilməsində, xüsusən də Çexiyanın təşəbbüsü ilə sursat tədarükü ilə bağlı problemlərlə üzləşib.

//Gülnarə Abasova, Editor.az