NATO-nun müdafiə nazirləri Kiyevə silah ayrılması planını təsdiqləyəcəkbackend

NATO-nun müdafiə nazirləri Kiyevə silah ayrılması planını təsdiqləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansın müdafiə nazirləri iyunun 13-də keçiriləcək iclasda Ukraynaya ildə 40 milyard dollar dəyərində silah tədarükü planını təsdiq edəcəklər.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Mən nazirlərdən NATO-nun Ukraynaya yardım göstərməkdə rolunu gücləndirəcək planı təsdiqləyəcəyini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin mühüm elementidi”,- deyə baş katib bildirib.

Stoltenberq vurğulayıb ki, alyans üzvləri Ukraynaya illik 40 milyard dollar hərbi yardım etməlidir. O qeyd edib ki, bu minimumu lazım olan qədər saxlamaq lazımdır.

Bundan əvvəl Stoltenberq müttəfiqlərin alyansın Ukraynanın təhlükəsizliyini təmin etmək funksiyasını davam etdirəcəyini gözlədiyini demişdi. Alyansın baş katibi həmçinin bildirib ki, Macarıstanın şəxsi heyəti və aktivləri bloka üzv ölkələrdən kənar NATO tədbirlərində iştirak etməyəcək.

//Gülnarə Abasova, Editor.az