NATO-nun Skandinaviyada hərbi təlimləri başlayırbackend

NATO-nun Skandinaviyada hərbi təlimləri başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Skandinaviyada “Nordic Response” hərbi təlimləri başlayıb.

Editor.az bu barədə “Hill”ə istinadla yazır. Nəşrin məlumatına görə, təlimlərdə Norveç, İsveç və Finlandiya orduları iştirak edəcək. Ümumilikdə təxminən 20 min hərbi qulluqçu, 50-dən çox gəmi və 100 təyyarənin iştirakı planlaşdırılır. Norveç Kral Hərbi Hava Qüvvələrinin briqada generalı, Norveç Hava Əməliyyatları Mərkəzinin komandanı Tron Strand Avropadakı təhlükəsizlik vəziyyətini nəzərə alaraq bu cür təlimlərin keçirilməsinin vacibliyinə diqqət çəkib. “Bu məşqlər son dərəcə mənalıdır və həmişəkindən daha vacibdir”,-deyə Strand bildirib.

Bundan əvvəl NATO Şimali Atlantika Alyansının Qərbi Balkanlarda Albaniyada ilk aviabazasının açılması barədə məlumat vermişdi. Hava bazasının açılışı bazar ertəsi, martın 4-də baş tutub. 1950-1990-cı illərdə Stalin adlanan Kuçova şəhərindəki keçmiş hərbi aerodromun yerində inşa edilmişdir.

//Gülnarə Abasova, Editor.az