NATO-nun baş katibi Yens Stoltenberq Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya ilə müharibədə lazım olduğu müddətdə Ukraynaya dəstəyin davam edəcəyini vurğulayan Stoltenberq Rusiya prezidenti Vladimir Putini ukraynalıları qaçmağa məcbur etmək üçün qışdan silah kimi istifadə etməyə çalışmaqda ittiham edib.
“Lakin Buxarestdəki görüşümüz NATO-nun birləşəcəyi və Ukraynanı dəstəkləməyə davam edəcəyi mesajını verir”-deyə vurğulayıb. NATO-nun Ukraynaya hərtərəfli Yardım Paketi ilə bağlı əlavə öhdəliklər götürdüyünü bildirən Stoltenberq, bu yolla Rusiyanın enerji infrastrukturuna hücumlarından qaynaqlanan problemlərinə qarşı yanacaq, qış paltarı,və generator kimi silahsız yardımların təşkil olunacağını diqqətə çatdırıb.
//Safura Bənnayeva, Editor.az

