NATO-nun yeni üzvü İsveç: “Rusiya üçün daha çox çətinliklər yaratmalıyıq”backend

NATO-nun yeni üzvü İsveç: “Rusiya üçün daha çox çətinliklər yaratmalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda NATO-ya üzv olan İsveç Alyansı Ukraynaya kifayət qədər yardım göstərmədiyinə görə tənqid edib və Rusiyanı daha çox çətinliklər yaratmağa çağırıb.

Editor.az xəbər verir ki, martın 7-də rəsmi olaraq NATO-ya üzv olan İsveçin xarici işlər naziri Tobias Billström Euractiv-ə açıqlamasında Ukrayna ilə bağlı Alyansı tənqid edib. NATO-nun Kiyev üçün kifayət qədər səy göstərmədiyini və “Ukrayna ordusunda demək olar ki, hər şeyin gücləndirilməli olduğunu bildirən Billström Kiyevə daha çox hərbi texnikanın verilməsinin sənaye potensialı məsələsi deyil, siyasi liderlik məsələsi olduğuna diqqət çəkib.

Ukraynadakı münaqişənin vəziyyətini dəyərləndirən Billström NATO-nun Rusiyaya daha çox strateji çağırışlar qoymalı olduğunu vurğulayıb. İsveç 18 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edib və 26 fevral 2024-cü ildə Macarıstan Milli Məclisi İsveçin NATO-da iştirakını təsdiqləyib. Beləliklə, bütün müttəfiqlərin təsdiqi prosesi başa çatıb və İsveç martın 7-də qonşusu Finlandiyadan sonra NATO-nun 32-ci üzvü olub.

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO masasında öz layiqli yerini tutduğunu bildirib və Stokholmun iştirakının NATO-nu daha güclü, İsveç və bütün Alyansı daha təhlükəsiz etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az