NATO nüvə təlimlərinə başlayırbackend

NATO nüvə təlimlərinə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il oktyabrın 17-də NATO ordusu genişmiqyaslı nüvə təlimlərinə başlayacaq.

Editor.az bu barədə Alyans rəhbərliyindən daxil olan məlumata istinadən xəbər verir. Təlimlər Rusiya sərhədlərindən təxminən 1000 kilometr aralıda keçiriləcək. “Sabit Günorta” adlanan təlimlər təxminən iki həftə davam edəcək və oktyabrın 30-da başa çatacaq.

Şimali Atlantika Alyansından verilən xəbərə görə, təlimlərə NATO blokuna daxil olan 14 ölkə və 60 müxtəlif hərbi təyyarə cəlb olunacaq. Rəsmilər təlimlərin plana uğun olduğunu və Rusiya Federasiyasına qarşı yönəlmədiyini vurğulayırlar. Təlimlər zamanı hərbçilərin hərbi silahlardan istifadə etməyəcəyi bildirilir.

   //Samir,Editor.az