NATO ölkələri Rusiyaya məxsus strateji obyektlərə hücum hazırlayır – Rusiya Təhlükəsizlik Şurası katibinin müavinibackend

NATO ölkələri Rusiyaya məxsus strateji obyektlərə hücum hazırlayır – Rusiya Təhlükəsizlik Şurası katibinin müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri dənizin dibinə yeni döyüş mühiti kimi baxır, onu quru, hava, dəniz, kosmos və kiberməkanla eyniləşdirir. Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Qriqori Molçanov məlumat verib.

Alyans müvafiq hərbi əməliyyatlara da hazırlaşır. Təhlükəsizlik Şurasının üzvü həmçinin hesab edir ki, NATO dəniz nəqliyyatı, neft terminalları, dəmir yolu keçidləri və körpüləri məhv etmək üçün prioritet hədəflər kimi nəzərdən keçirəcək.

Onun sözlərinə görə, NVO zamanı NATO-nun Qara dənizdəki hərbi dəniz qüvvələrinin potensialında artım qeydə alınıb. “Eyni zamanda, bu cür əməliyyatların aparılması üçün doktrinal sənədlər hazırlanır”, – deyə Molçanov əlavə edib.
Təhlükəsizlik Şurasının idarələrarası komissiyası ölkənin sualtı və liman infrastrukturuna təhlükə yarada biləcək xarici dövlətlərin fəaliyyətinə nəzarətin artırılmasına və bu obyektlərin mühafizəsi sisteminin təkmilləşdirilməsinə çağırıb.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Ukrayna prezidenti Vladimir Zelenski dəniz təhlükəsizliyi strategiyası haqqında fərman imzalayıb. NATO-nun Qara dənizdə daimi hərbi mövcudluğunu təmin etmək onun əsas vəzifələri arasındadır. Kreml orada alyans gəmilərinin olmasını Rusiya üçün təhlükə adlandırıb.

//Samir Qurbanov, Editor.az