NATO ölkələrinin Baş Qərargah rəisləri Brüsseldə toplanırbackend

NATO ölkələrinin Baş Qərargah rəisləri Brüsseldə toplanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsseldə NATO Hərbi Komitəsinin baş qərargah rəislərinin iclası başlayıb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerunun sözlərinə görə, Ukraynadakı müharibə ilə əlaqədar NATO üçün yeni dövr başlanır.

“Son bir neçə ay ərzində NATO öz mövqeyini tez və effektiv şəkildə dəyişmək bacarığını nümayiş etdirdi. Bu nəticənin əldə olunması illər əvvəl başladılan işlərin göstəricisidir. Ukraynadakı müharibə bizə öyrətdi ki , əgər önəmli bir şey varsa, o da yüksək mənəviyyatdır. Bunu əsla qiymətləndirməmək olmaz. Bu alyansa xidmət edən 3.2 milyon kişi və qadın azadlığımızı və demokratiyamızı qorumaq istiqamətində nə üçün mübarizə apardıqlarını dəqiq bilirlər”, -deyə Rob Bauer bildirib.

//Nəzərbəy, Editor.az