NATO ölkələrinin silah şirkətləri Ukraynanın ehtiyaclarını ödəmək üçün istehsalı artırmalıdır – Britaniyanın xarici işlər naziribackend

NATO ölkələrinin silah şirkətləri Ukraynanın ehtiyaclarını ödəmək üçün istehsalı artırmalıdır – Britaniyanın xarici işlər naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO liderləri ən azı növbəti iki il ərzində Ukraynanın ehtiyaclarını ödəmək üçün silah şirkətlərini istehsalı artırmağa inandırmalıdırlar.

Editor.az bildirir ki, bunu Britaniyanın xarici işlər naziri David Kemeron Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən qapalı iclasında deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə NATO ölkələri silah istehsalını artırmaq üçün öz iqtisadi güclərindən “düzgün” istifadə etməlidirlər. Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, bu, Ukraynaya hərbi münaqişə zamanı “Rusiyaya qarşı daha çox dayanmağa” imkan verməlidir.

//Samir Qurbanov, Editor.az