NATO öz sərhədlərində mümkün savaşa hazırlaşırbackend

NATO öz sərhədlərində mümkün savaşa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə NATO-nu qəti addımlar atmağa sövq edib ki, bu da onu Soyuq Müharibə dövründəki kimi, döyüşə hazır bloka çevirib.

Editor.az bildirir ki, bu barədə Amerikanın “The New York Times” (NYT) qəzeti yazıb. Nəşr qeyd edir ki, alyansda dəyişikliklər 2014-cü ildən baş verməyə başlayıb. İndi o, Rusiya ilə şərq sərhədi boyunca səkkiz ölkədə çoxmillətli qoşunlar yerləşdirib və lazım gələrsə, silahlı qüvvələri tez bir zamanda qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək tapşırılıb. ABŞ-ın alyansdakı keçmiş elçisi İvo Daalder “NATO məzuniyyətə çıxan və tarixi hadisələrdən geri çəkilmiş bir təşkilat idi”, – deyib.

Onun fikrincə, Rusiya rəhbərliyinin hərəkətləri “bizim müdafiə haqqında düşünməli olduğumuzu xatırlatıb və bu barədə kollektiv şəkildə düşünməliyik”. NATO-nun adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi deyib ki, amerikalılar yenidən Avropanın müdafiəsinin mərkəzindədir və Şimali Atlantika Alyansı ilə Amerikanın Avropanı tam olaraq necə müdafiə edəcəyinə qərar verirlər. Rəsmi qeyd edib ki, Soyuq Müharibədən sonra ilk dəfə Şərqi Avropa ölkələri NATO-nun onları qorumaq üçün nə etmək niyyətində olduğunu dəqiq biləcəklər.

“NYT” yazır ki, lazım gələrsə, alyans hərbi əməliyyatlar aparmaq üçün hər biri 40-50 min nəfərdən ibarət 13 korpusu nominal olaraq yerləşdirə bilər. Lakin Şimali Atlantika Alyansının yüksək rütbəli rəsmiləri etiraf edirlər ki, NATO qüvvələrinin real, yerləşdirilməyə hazır sayı buna uyğun gəlmir.

//Samir Qurbanov,Editor.az