Noyabrın 22-25-də Kanadanın Monreal şəhərində NATO Parlament Assambleyasının yetmişinci illik sessiyası keçiriləcək.
Editor.az xəbər verir ki, bu barədə Kanada Parlament Assosiasiyası məlumat yayıb.
“Noyabrın 22-dən 25-dək Kanada Monrealda NATO Parlament Assambleyasının 70-ci illik sessiyasına ev sahibliyi edəcək”, – assosiasiyadan bildirilib. Tədbirdə Şimali Atlantika Alyansının tərəfdaşları da daxil olmaqla 57 ölkədən 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Alyans Parlament Assambleyasının yaz sessiyasında alyans ölkələrindən və 25 tərəfdaş ölkədən 400-ə yaxın parlamentari iştirak edib.
//Gülnarə Abasova, Editor.az

