NATO Qəzzada atəşkəsin uzadılmasını tələb edirbackend

NATO Qəzzada atəşkəsin uzadılmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail-Həmas qarşıdurmalarına verilən 4 günlük müvəqqəti atəşkəsin son gününə girərkən cəmi 175 nəfər məhbus mübadiləsi ilə sərbəst buraxılıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS atəşkəsin daha da uzadılması üçün çalışdığını açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, gündə 10 nəfərə qədər daha çox məhbus azad edilərsə, atəşkəs uzadılacaq.

Atəşkəsin uzadılması çağırışı NATO-nun baş katibi Yens Stoltenberqdən də gəlib. Stoltenberq Qəzzada humanitar fasilənin uzadılmasını tələb etdiyini deyib.

İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışan Stoltenberq İsveç və NATO-nun tələb olunanı etdiyini bildirib: “Biz Macarıstan və Türkiyədən tədbir gözləyirik. Xatırlatmalıyıq ki, Türkiyə təhlükəsizliklə bağlı narahatlığını əsaslandırıb. Türkiyə onlara hücum edən terror qruplarından narahatdır və biz birlikdəyik.Hərəkət edib dəstək olmalıyıq” -deyə o, bildirib.

Misir təhlükəsizlik mənbələri də Qəzzada müvəqqəti atəşkəsin uzadılmasına dair razılaşmanın yaxınlaşdığını açıqlayıb.

//Səbinə Hüseynli, Editor.az