NATO qırıcı təyyarələri Estoniya hava məkanında təlim uçuşları həyata keçirib. ERR-in məlumatına görə, təlim 17-23 noyabr tarixlərində davam edəcək.
Uçuşlar aşağı hündürlükdə, lakin 152 metrdən aşağı olmayan uçuşları əhatə edəcək. Nəşr qeyd edib ki, “mümkün olduqda, qırıcı təyyarələr yaşayış məntəqələrindən və fərdi təsərrüfatlardan uzaq durmağa çalışacaqlar”. Təlim saat 10:00-dan 22:00-dək keçiriləcək. Sürətli təyyarələrin uçuşları da planlaşdırılır. Təlimlər Mülki Aviasiya İdarəsi ilə əlaqələndirilir.
Qeyd edək ki, NATO müntəzəm olaraq Baltikyanı ölkələr üzərində təlim uçuşları həyata keçirir. Estoniya hava məkanında son təlim 3-9 noyabr tarixlərində baş tutub. Alyansın qırıcı təyyarələri respublikadakı Əmari Hava Bazasında yerləşdirilib.
//Samir Qurbanov, Editor.az

