NATO rəsmisi Ermənistanı Alyansa üzv olmağa dəvət etdibackend

NATO rəsmisi Ermənistanı Alyansa üzv olmağa dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsinin” rəhbəri Qünter Fehlinqer hesab edir ki, Ermənistan Şimali Atlantika Alyansına qoşulmalıdır.

“Mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram”, – Felinger deyib.

Editor.az bildirir ki o, Amerika lideri Co Baydeni qeyd edərək, Ermənistana müdafiə vasitələrinin verilməsinin zəruri olduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, ötən həftə Nikol Paşinyan fransız nəşrinə müsahibəsində İrəvanın təhlükəsizlik məsələsində yalnız Moskva ilə əməkdaşlığının yanlış addım olduğunu bildirib.

NATO şərqə doğru genişlənir, alyansa qəbul edilən sonuncu ölkə Rusiya Federasiyası ilə ümumi sərhədi olan Finlandiyadır. İndi də Ukrayna və Gürcüstan NATO tərəfdaşları siyahısında görünür.

//Samir Qurbanov, Editor.az