NATO rəsmisi: “Ukraynada hərbi münaqişə davam edəcək”backend

NATO rəsmisi: “Ukraynada hərbi münaqişə davam edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada hərbi münaqişə hələ bitməyib”.

Editor.az “Report”a istinadən xəbər verir ki, bunu alyansın baş katibinin müavini Mirça Coana Rumıniyanın Milli Müdafiə Nazirliyində ölkənin alyansa daxil olmasının 18-ci ildönümü – NATO Günü münasibətilə keçirilən mərasimdə deyib.

“Biz şərq cinahda və cənubda müharibənin intensivləşməsini gözləyirik ki, bu da bizə sülh yolu ilə nizamlanma üçün şəraiti hələ görməyə imkan vermir. Bizim qiymətləndirməmizə görə, münaqişə hələ də davam edir”, – Mirça Coana qeyd edib.

Alyans rəsmisinin sözlərinə görə, Madriddə keçiriləcək sammitdə NATO-nun şərq cinahında daimi, güclü və balanslı mövcudluğu üçün strateji əhəmiyyət kəsb edən qərarlar qəbul edəcək.