NATO Rusiya Federasiyası ilə müharibəyə hazırlıaşır? Bundesverin mətbuat xidmətinin nümayəndəsi açıqlama verdibackend

NATO Rusiya Federasiyası ilə müharibəyə hazırlıaşır? Bundesverin mətbuat xidmətinin nümayəndəsi açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Müdafiə Nazirliyi “Bild” nəşrinin NATO-nun Rusiya Federasiyası ilə müharibəyə hazırlığı ilə bağlı məlumatını şərh etmir.

Eyni zamanda Rusiya Federasiyasından gələn təhlükəni ciddi qəbul etdiyini təsdiqləyir.

Editor.az bildirir ki, bunu Bundesverin mətbuat xidmətinin nümayəndəsi Mitko Müller deyib.

“Prinsipcə, mən bu media xəbərini nə təsdiq, nə də təkzib edə bilərəm”, Muller deyib. O qeyd edib ki, Almaniyanın müdafiə departamenti cari təhlükəsizlik və siyasi təhdidlərlə, o cümlədən Rusiyadan gələn təhlükə ilə məşğuldur.

Vəziyyətin təhlilinin nəticələri təlimlərin planlaşdırılması və hazırlanmasında və Bundesverin daimi hərbi kontingentinin Litvada yerləşdirilməsi qərarında öz əksini tapıb. “Təhlükələr real olmasaydı, biz bu briqadanı yaxın illərdə orada yerləşdirməzdik” – Bundesver sözçüsü deyib.

O, əlavə edib ki, Almaniya hərbi rəhbərliyi Bundesverin döyüş hazırlığını artırmaq üçün müxtəlif təlimlər keçirir və eyni zamanda çəkindirici vasitə olaraq siyasətlə məşğul olur.

//Samir Qurbanov, Editor.az