NATO Rusiya ilə müharibəyə hazırlaşır – Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkobackend

NATO Rusiya ilə müharibəyə hazırlaşır – Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığını deyib.

Onun sözlərinə görə, Moskva müdafiə sahəsində planlaşdırma zamanı alyansla mümkün hərbi toqquşmanı nəzərə alır. “NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Hərbi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflərimiz ABŞ və müttəfiqləri tərəfindən rədd edilib. NATO-nun aqressiv davranışı və bununla bağlı Rusiyanın təhlükəsizliyi üçün birbaşa risklər bizim hərbi inkişafımızda və müdafiənin planlaşdırılması prosesində nəzərə alınır”, – Aleksandr Qruşko bildirib.

Xarici İşlər Nazirlinin müavini sözlərini NATO-nun hərbi kontingentinin sayını artırması və Rusiya sərhədləri yaxınlığında təlimlər keçirməsi ilə izah edib. O hesab edir ki, alyans ölkələri “Soyuq Müharibə” dövründə istifadə olunan müdafiə planları kimi qəbul ediblər. “Vəziyyəti bu cür eksperimentə gətirməmək” hamının marağındadır.

Onun sözlərinə görə, Rusiya birbaşa münaqişənin qarşısını almağa, o cümlədən hərbi imkanları nümayiş etdirməyə sadiqdir. Qruşko həmçinin təklif edib ki, yönəldilmiş “güc ölçmənin” mümkün nəticələrinə dair siqnallar digər tərəfdən oxunsun.

Qeyd edək ki, dekabrın 16-da müdafiə naziri Andrey Belousov bildirib ki, onun idarəsinin fəaliyyəti digər məsələlərlə yanaşı, NATO ilə mümkün müharibəyə hazırlaşmaq məqsədi daşıyır. Onun sözlərinə görə, yaxın onillikdə Avropada alyansla münaqişə başlaya bilər

//Samir Qurbanov, Editor.az