NATO Rusiya ilə münaqişə vəziyyətində Amerika qoşunlarının köçürülməsi üçün marşrutlar hazırlayırbackend

NATO Rusiya ilə münaqişə vəziyyətində Amerika qoşunlarının köçürülməsi üçün marşrutlar hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri Rusiya ilə münaqişə vəziyyətində Amerika qoşunlarının Avropada hərəkəti üçün quru dəhlizləri yaratmağa çalışır.

Editor.az bu barədə “The Telegraph” mənbələrinə istinadən yazır. “NATO Avropada Rusiya ilə böyük quru müharibəsi baş verəcəyi təqdirdə Amerika əsgərlərini və zirehli texnikalarını tez bir zamanda cəbhə xəttinə köçürmək üçün çoxsaylı “quru dəhlizləri” üzərində işləyir”, – mətndə deyilir. Qəzetin həmsöhbətlərinin qeyd etdiyi kimi, zərurət yaranarsa, Amerika qoşunları əvvəlcədən müəyyən edilmiş beş limandan birinə enməli, sonra isə hazırlanmış marşrutlar üzrə təmas xəttinə aparılmalıdır.

Nəşrin yazdığına görə, Şimali Atlantika Alyansının planlarına ABŞ qoşunlarının Hollandiyaya endirilməsi və oradan Almaniya vasitəsilə dəmir yolu ilə Polşaya daşınması daxildir. Bundan əlavə, alyans Norveç, Türkiyə, İsveç, Finlandiya, İtaliya və Baltikyanı ölkələrin limanlarından istifadə etməyi planlaşdırır. Mətndə deyilir ki, qoşunlar müəyyən edilmiş nəqliyyat dəhlizləri ilə  məhdudiyyətlər olmadan hərəkət edə biləcəklər.

//Gülnarə Abasova, Editor.az