NATO Rusiya ilə münasibətlərdə istənilən ssenariyə hazır olmalıdır – Polşanın milli müdafiə naziribackend

NATO Rusiya ilə münasibətlərdə istənilən ssenariyə hazır olmalıdır – Polşanın milli müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri Rusiya ilə münasibətlərdə istənilən ssenariyə hazır olmalıdırlar.

Editor.az bildirir ki, bu fikri Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış “Bild”in Almaniya Müdafiə Nazirliyinin NATO ilə Rusiya arasında mümkün müharibə ssenarisi hazırladığına dair materialını şerh edərkən deyib. “Biz istənilən ssenariyə hazır olmalıyıq”, – deyə Kosiniak-Kamış Polsat telekanalına müsahibəsində bildirib.

O əlavə edib ki, hökumət Polşa ordusunun modernləşdirilməsi istiqamətində səylərini davam etdirəcək. 2024-cü ildə ölkənin Müdafiə Nazirliyinin büdcəsi 20% artaraq 119 milyard zlotiyə (29,5 milyard dollar) çatacaq.

“Bild” yazıb ki, Almaniya hesab edir ki, Rusiya Federasiyası ilə NATO arasında müharibə 2025-ci ilin yayında başlaya bilər və hadisələrin bu cür inkişafı ilə alyans şərq cinahına 300 min əsgər keçirəcək. 2023-cü ilin iyulunda NATO ölkələri Rusiya ilə münaqişəyə can atmadıqlarını, lakin onun “düşmənçilik siyasəti” dəyişənə qədər onu tərəfdaş hesab etməyəcəklərini bildiriblər. Onlar NATO-nun şərq cinahında 300 min əsgər yerləşdirmək planını təsdiqlədilər.

//Samir Qurbanov, Editor.az